...

Türkiyə Ukrayna ilə bağlı sülhün əldə edilməsi üçün səylərini davam etdirəcək - Ərdoğan

Gündəm Materials 19 Aprel 2022 00:45 (UTC +04:00)
Türkiyə Ukrayna ilə bağlı sülhün əldə edilməsi üçün səylərini davam etdirəcək - Ərdoğan

Bakı. Trend:

Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması və Moskva ilə Kiyev arasında davamlı sülhün əldə edilməsi üçün bütün lazımi səyləri göstərməyə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Türkiyədə akkreditasiya olunan səfirlər üçün təşkil olunan “Səfirlər üçün ənənəvi iftar proqramı”ndakı çıxışında deyib.

"İki qonşumuz arasında atəşkəsə, sonra isə davamlı sülhə nail olmaq insanlıq naminə edilən ən yaxşı işlərdən biri olacaqdır", - deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarının “tərəfləri və beynəlxalq ictimaiyyəti qane edən” nəticənin əldə edilməsi üçün Türkiyə səylərini davam etdirəcək.

Ərdoğan bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həlli dialoq və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında tapıla bilər.

"Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını bildirirlər. Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm", - deyə Türkiyə prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti