...

Azərbaycanda 13 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Gündəm Materials 29 Aprel 2022 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 105 nəfərdir.

Ölkədə son sutka ərzində 2 731, hazırkı dövrədək isə 6 811 382 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti