...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 14 May 2022 16:37 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 324 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 684 752, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 793, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 254 508, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 884 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti