Bakı. Trend:
Dünyada artıq 100 milyon insan məcburi köçkün hesab olunur.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quttereş bildirib.
"Məcburi köçkünlərin ümumi sayı 100 milyona çatdı - bu bizim dövrümüzün acı bir sübutudur", - deyə A.Quterreş Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlamasında bildirib.
Baş katib xatırladıb ki, BMT-nin fikrincə, Ukraynadakı vəziyyət “İkinci Dünya Müharibəsindən sonra Avropada insanların ən böyük və ən sürətli köçməsinə səbəb olub”.