...

Vətən müharibəsində itkin düşən 6 hərbçimizin axtarışı davam edir

Gündəm Materials 21 İyul 2022 17:11 (UTC +04:00)
Vətən müharibəsində itkin düşən 6 hərbçimizin axtarışı davam edir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, Hərbi Prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla qürur dolu 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir.

"Eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - X.Vəliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti