Bakı. Trend:
Türkiyənin Kütahya vilayətində meşə yanğınları başlayıb.
Trend-in məlumatına görə, hadisə Emet rayonunda qeydə alınıb.
Məlumata əsasən, rayonun Küreci və Samrık kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Kütahya valisi Əli Çelik yanğının 3 tərəfdən nəzarət altına alındığını açıqlayıb.
Həmçinin bildirilib ki, Manisa valayətinin Akhisar rayonunda otluq ərazisində başlayan yanğın küləyin təsiri ilə meşəlik əraziyə keçib. Yanğının söndürülməsi davam edir.