Bakı. Trend:
Avqustun 30-u səhər saat 8-dən axşam 8-ə qədər Tbilisi prospektində, 20 Yanvar dairəsindən İzmir küçəsinə qədərki hissədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.