...

Ərəb dövlətləri Azərbaycana tam dəstək verməlidirlər - ISESCO-nun sabiq baş direktoru

Gündəm Materials 20 Sentyabr 2022 18:49 (UTC +04:00)
Ərəb dövlətləri Azərbaycana tam dəstək verməlidirlər - ISESCO-nun sabiq baş direktoru

Bakı. Trend:

Ərəb dövlətləri və Ərəb Liqasına üzv olan ölkələr Azərbaycana dəstək olmalıdırlar.

TurkicWorld-un məlumatına görə, bu barədə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri rəsmi tvitter hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan torpaqlarına Ermənistan tərəfindən açıq bir şəkildə təcavüz olunub.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirən əl-Tüveycri qeyd edib ki, Ermənistan təcavüzkardır və Pelosi də bu təcazürkarı dəsətkləyir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti