...

ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımın ayırmağı təsdiqləyib

Gündəm Materials 30 Sentyabr 2022 21:48 (UTC +04:00)
ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımın ayırmağı təsdiqləyib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirilməsi barədə qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, iclas Amerika qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.

Məlumata əsasən, qanun layihəsində Ukraynaya 12,4 milyard dollar əlavə yardım da göstərilib.

Qeyd edək ki, sentyabrın 29-da bu təşəbbüsü Konqres Senatı təsdiqləyib, indi isə onu ABŞ prezidenti Co Bayden imzalamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti