...

Avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub (VİDEO)

Gündəm Materials 5 Noyabr 2022 14:16 (UTC +04:00)
Avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, rayon sakini Fərhad Abdullayev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti