...

Azərbaycan Ordusu üçün Arazı keçmək problem deyil - İrana açıq mesaj (FOTO/VİDEO)

Gündəm Materials 5 Dekabr 2022 11:16 (UTC +04:00)
Azərbaycan Ordusu üçün Arazı keçmək problem deyil - İrana açıq mesaj (FOTO/VİDEO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Trend-in məlumatına görə, təlimlər İranla sərhədboyu ərazilərimizdə aparılır. Təlimlərdə iki qardaş dövlət Azərbaycan və Türkiyə orduları vahid şəkildə hərəkət edərək qarşıya qiyulan tapşırıqları icra edirlər.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Bu təlimlər həm də Azərbaycanla hədə-qorxu ritorikası ilə danışan İranın molla rejiminə açıq mesajdır.

Təlimlərdəki maraqlı görüntülərdən biri də çay üzərindən canlı qüvvənin və hərbi texnikanın keçməsidir. Bu da İranın hərbi təlimlərinə açıq cavabdır. İki qardaş dövlət Azərbaycan və Türkiyə orduları növbəti dəfə öz güclərini, peşəkarlıqlarını bütün dünyaya sərgiləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti