Bakı. Trend:
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Trend-in aksiya ərazisindəki müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən BQXK-ın 5 minik avtomobili bir qədər əvvəl geri qayıdıb.
Onlar Xankəndiyə qayıdan zaman özləri ilə dərman və uşaq qidaları, uşa bezləri gətiriblər.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir.