...

XİN İrandakı səfirliyə hücumla bağlı məlumat yaydı

Gündəm Materials 27 Yanvar 2023 10:39 (UTC +04:00)
XİN İrandakı səfirliyə hücumla bağlı məlumat yaydı

Bakı. Trend:

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

"Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti