...

Azərbaycan XİN Türkiyədə dağıntılar altından çıxarılan iki tələbə haqqında məlumatı araşdırır

Gündəm Materials 6 Fevral 2023 14:59 (UTC +04:00)
Azərbaycan XİN Türkiyədə dağıntılar altından çıxarılan iki tələbə haqqında məlumatı araşdırır

Bakı. Trend:

Sosial şəbəkələrdə Türkiyənin dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində dağıntıların altından iki azərbaycanlı tələbənin çıxarıldığı haqqında məlumat yayılmışdı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq məlumatın araşdırıldığı deyilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti