...

Bu gün Laçın-Xankəndi yolundan RSK-ya məxsus 7 avtomobil keçib (FOTO)

Gündəm Materials 15 Fevral 2023 10:41 (UTC +04:00)
Bu gün Laçın-Xankəndi yolundan RSK-ya məxsus 7 avtomobil keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 1 minik, 6 yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti