...

Permdəki diasporumuz Türkiyəyə humanitar yardım göndərib (FOTO)

Gündəm Materials 15 Fevral 2023 18:06 (UTC +04:00)
Permdəki diasporumuz Türkiyəyə humanitar yardım göndərib (FOTO)

Bakı. Trend:

Rusiyanın Perm diyarında yaşayan Azərbaycan icması Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətlə bağlı humanitar yardım kampaniyasına qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Perm diyarı üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Çingiz İsayevin rəhbərliyi ilə 35 min manat (1,5 milyon rubl) dəyərində əldə edilən çadırlar və qızdırıcılar Türkiyənin Kazandakı Baş konsulluğuna göndərilib.

Təşkilat sədri humanitar yardımın toplanmasında fəal iştirak edən soydaşlarımıza və xeyirxah insanlara minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti