Bakı. Trend:
Bu gün Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, sosial mediada mülki missiyanın Ermənistandakı qərargahınından yeni görüntülər yayılıb.
Xüsusilə, qərargahın açılış mərasimi ilə bağlı yayılan kadrlar erməni sosial seqmentində ciddi tənqidlərə səbəb olub.
Qeyd edək ki, bu gün fəaliyyətə başlayan missiyanın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.
Missiyanın ilkin mandatı iki ili əhatə edir.