...

Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Kahramanmaraşdan Bakıya qayıdır (FOTO)

Gündəm Materials 27 Fevral 2023 23:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə zəlzələnin baş verən ilk günündən Kahramanmaraşa könüllü gələn Müdafiə Nazirliyinin tibbi personalının bir hissəsi Bakıya qayıdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti