...

Uşaqlar sosial şəbəkələrdə bu qaydalara əməl etməlidir

Gündəm Materials 2 May 2023 14:03 (UTC +04:00)
Uşaqlar sosial şəbəkələrdə bu qaydalara əməl etməlidir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Ad, soyad, ünvan, yaş, şəkil kimi kimliyi müəyyənləşdirən istənilən məlumat fərdi məlumatdır. Uşaqları fərdi məlumatların mühafizəsi sahəsində bır sıra qaydalarla tanış etməyiniz tövsiyə olunur.

Trend onların bəzilərini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

1) Fərdi məlumatlarınızı tələb edən şəxslərdən onları nə məqsədlə və necə istifadə etmələri barədə soruşun;

2) Kompüter və mobil cihazlara mürəkkəb şifrə təyin edin;

3) İnternetdə tanış olduğunuz şəxslərə şəxsi şəkil, video, ev ünvanı və məktəb nömrəsi kimi məlumatları göndərməyin;

4) Razılığınız olmadan fərdi məlumatlarınızın başqaları tərəfindən istifadə edilməsi ilə qarşılaşdıqda dərhal valideynlərinizə bu barədə məlumat verin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti