...

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Gündəm Materials 14 May 2023 09:00 (UTC +04:00)
Türkiyədə prezident və parlament seçkiləri keçirilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Trend-in məlumatına görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

Qeyd edək ki, ötən günlərdə “Məmləkət” partiyasının sədri Məhərrəm İncə Türkiyə prezidentliyinə namizədliyini geri götürdüyünü açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti