...

Məşhur səyyah qrupu Suqovuşandadır (FOTO)

Gündəm Materials 14 İyun 2023 13:40 (UTC +04:00)
Məşhur səyyah qrupu Suqovuşandadır (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

14 ölkədən olan 35 nəfər səyyahın Ağdam şəhərindən sonra Tərtərə səfəri başlayıb.

Trend-in müxbirinin məlumatına görə, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP-nin (Most Traveled People) rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veleyin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başa çatdıqdan sonra qrup Tərtərdə olub.

Qonaqlar rayonunun Suqovuşan qəsəbəsində aparılan tikinti quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, MTP təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.

Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.

Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti