...

Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək düzgün deyil – Fazil Mustafa

Gündəm Materials 16 İyun 2023 12:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil.

Trend-in məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!

“Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik", - deyə F.Mustafa əlavə edib.

Deputat əlavə edib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir.

“Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti