Bakı. Trend:
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda baş verən intizamsızlıq və fərarilik halları ilə bağlı cinayət işləri davam edir.
Trend xəbər verir ki, müharibənin ilk həftələrində Ermənistan ordusunda olan zabitlərin yuxarı komandanlığın əmrindən yayınmaları ilə bağlı növbəti cinayət işi İrəvan məhkəməsinə göndərilib.
İttiham edən tərəf qeyd edir ki, istintaqa cəlb olunan zabitlər sonradan Fövqəladə Hallar Nazirliyinin rəhbəri olmuş Andranik Piloyana tabe olsalar da, döyüş əməliyyatları zamanı əmrdən yayınmışdılar.