...

“TikTok” canlı yayımda musiqi müsabiqəsinə start verir

Gündəm Materials 8 Avqust 2023 17:11 (UTC +04:00)
“TikTok”  canlı yayımda musiqi müsabiqəsinə start verir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” “The Voice” kimi istedadlar şousuna oxşar musiqi müsabiqəsini keçirəcək.

Trend-in məlumatına görə, “Gimme the Mic” adlı müsabiqə “TikTok”un canlı efirində keçiriləcək. Qaliblər sosial şəbəkə istifadəçiləri tərəfindən səsvermə yolu ilə seçilə biləcək.

Müsabiqə üç mərhələ - dinləmə, yarımfinal və grand-final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci mərhələsində iştirak etmək üçün “TikTok”da 30 saniyəlik video yerləşdirmək və ona #gimmethemic həştəqi əlavə etmək lazımdır.

Sonra ən yaxşı 30 iştirakçı yarımfinala keçəcək, burada onlar canlı efirdə duet formasında ifa edəcəklər. ABŞ üzrə finalda sentyabrın 10-da 10 ən yaxşı ifaçı çıxış edəcək, onlardan biri bütün dünyadan olan qaliblərlə qlobal yarışda iştirak edəcək. Qalib mobil tətbiqinin daxili valyutası olan 50 min “TikTok” almazı əldə edəcək.

Almazları real pula dəyişmək mümkün olacaq. Lakin 50 min almazın neçə dollara bərabər olduğu məlum deyil. Mediada qeyd edirlər ki, məbləğ təxminən 2500 dollar təşkil edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti