...

Yaxınları intihar etdi desələr də, yaşadığı evdə 34 yaşlı qadın tərəfindən öldürüldüyü məlum oldu

Gündəm Materials 28 Avqust 2023 17:04 (UTC +04:00)
Yaxınları intihar etdi desələr də, yaşadığı evdə 34 yaşlı qadın tərəfindən öldürüldüyü məlum oldu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 25-i gecə saat 2 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1981-ci il təvəllüdlü Elsevər Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti