Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Gündəm Xəbər 9 Sentyabr 2023 08:04 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti