Bakı. Trend:
Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rüfət Həsənov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Xatırladaq ki, Rüfət Həsənov həm də Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir.