Bakı. Trend:
"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu kanal funksiyanı işə salıb. Hal-hazırda bu funksiya 150 ölkədə əlçatandır.
Trend-in məlumatına görə, kanallar sayəsində istifadəçilər geniş auditoriyaya məlumat yaymaq imkanı əldə edəcəklər. Bu xüsusiyyət bizneslər özəl təşkilatlar üçün çox faydalı ola bilər. Yenilik ilkin olaraq Kolumbiya və Sinqapurdan olan istifadəçilər üçün əlçatandır
Qeyd edək ki, 180-dən çox ölkədə 2 Milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.