...

Kiberdələduzlar ani mesajlaşma ilə vətəndaşlara qarşı dələduzluq halları həyata keçirir (FOTO)

Gündəm Materials 15 Dekabr 2023 20:13 (UTC +04:00)
Kiberdələduzlar ani mesajlaşma ilə vətəndaşlara qarşı dələduzluq halları həyata keçirir (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq halları həyata keçirilir.

Trend Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, belə ki, vətəndaşlardan “Google Map”-də müxtəlif addımları həyata keçirərək qazanc əldə edilməsi vədi verilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi və bank kartı məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və ya qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti