...

10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır (YENİLƏNİB) (VİDEO)

Gündəm Materials 27 Dekabr 2023 12:41 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır

FHN-dən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

xxx
Saat 09.16

Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.

Trend xəbər verir ki, rayonun Qaragüvəndikli kəndində 2013-cü il təvəllüdlü Rasim Xankişiyev "Boztəpə" su kanalına düşüb.

Hazırda onun axtarışları davam edir.

Xəbər lenti

Xəbər lenti