...

Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib

Gündəm Materials 1 Aprel 2024 15:23 (UTC +04:00)
Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb.

Hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir. Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir.

Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti