...

Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olunub

Gündəm Materials 27 İyun 2024 09:51 (UTC +04:00)
Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olunub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.

Trend xəbər verir ki, bu vəzifə Cavid Hüseynova həvalə olunub.

C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

C.Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti