...

Bakıda velosiped yolları mərhələlərlə 50 km-ə çatdırılacaq

Gündəm Materials 19 İyul 2024 10:42 (UTC +04:00)
Bakıda velosiped yolları mərhələlərlə 50 km-ə çatdırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 8.5 km velosiped yolları yaradılıb və velosiped yolları mərhələlərlə 50 km-ə çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, işıqforlarda 22 ədəd velosiped bölməsi yaradılıb.

"Xüsusi qurğular vasitəsilə velosiped üçün 26 ədəd duracaq yaradılıb".

O əlavə edib ki, Xaqani bağının ətrafının piyadaların istifadəsinə verilməsi üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti