...

Daha bir ölkədə “Rus evi” bağlanır

Gündəm Materials 13 Fevral 2025 19:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.

Trend xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qəbul edilib:

“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib.

Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi (“Rus evi”) ölkəmizdə fəaliyyətini dayandıracaq”.

Xatırladaq ki, Bakıdakı “Rus evi”nin də fəaliyyəti dayandırılır.

Xəbər lenti

Xəbər lenti