...

Fırtınalı hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Gündəm Materials 13 Yanvar 2026 16:06 (UTC +04:00)
Fırtınalı hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Trend xəbər verir ki, bu barədə DDLA məlumat yayıb.

Bildirilib ki, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti