...

Bərdədə qəsdən adamöldürmə maddəsi ilə axtarışda olan cinayətkar tutulub

Hadisə Materials 6 Oktyabr 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend müxbir Ş.Cəliloğlu/ Paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşən Bərdə rayonunda qəsdən adamöldürmə maddəsi ilə axtarışda olan cinayətkar şənbə günü tutulub. Trend in bölgə müxbirinin məlumatına görə, oktyabrın 5-də Babək Əlövsət oğlu Xanlarov Ağdamdan olan köçkün Tariyel Avtandil oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisə ilə əlaqədar Bərdə rayon Prokurorluğanda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti