...

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 20 Oktyabr 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Ələt - Astara yolunun 82 km-də Salyan rayonunin Şorsulu kəndi ərazisində oktyabrın 20-ə keçən gecə dəhşətli yol hadisəsi baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, İran İslam Respublikasına məxsus içərisində etil spirti olan "Mersedes" markalı yük maşını ilə Cəlilabad rayonunun Hamarqışlaq kənd sakini Əkbərov Ədalət Əkbər oğlunun idarə etdiyi VAZ 2107 markalı 15 BA 879 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində şiddətli yanğın baş verib. Zərbədən VAZ 2107-nin düşdüyü həyətə dağılmış etil spirti ərazini yandırıb. Kənd sakinlərinin həyətində başlamış yanğının evlərə keçməsinə yanğınsöndürənlər son anda imkan verməsələr də, xeyli sayda ağac yanıb və ətraf mühitə ziyan dəyib. Qəzadan sonra Əkbərovun yanmış cəsədi aşkarlansa da, "Mersedes" markalı yük maşınının sürücüsü hadisə yerində tapılmayıb. Polisin ilkin ehtimalına görə, ya sürücü hadisə yerini tərk edib, ya da etil spirtinin yanmasından alının yüksək hərarət cəsədi külə çevirib.

Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti