...

Azərbaycanın paytaxtında naməlum qadın meyiti tapılıb

Hadisə Materials 11 Avqust 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın paytaxtında naməlum qadın meyiti tapılıb. Nərimanov rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 10 -da saat 17 radələrində Nərimanov rayonunun Çaykoviski küçəsində üzərində zorakılıq əlamətləri olmayan təxminən 35 - 40 yaşlı qadın meyiti aşkar edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti