...

Azərbaycanda 11 cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt sakini tutulub

Hadisə Materials 4 Sentyabr 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir S.Kazımlı/ Bakıda və şimal rayonlarında 11 cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt sakini polislər tərəfindən tutulub.

Nizami rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu ilin əvvəllərindən başlayaraq, müxtəlif vaxtlarda Bakının Nizami, Yasamal, Suraxanı, eləcə də Siyəzən və Xaçmaz rayonlarında soygunçuluq, oğurluq və dələduzluq hadisələri törətdiyinə görə əvvələr məhkum olunan Sumqayıt sakini, 39 yaşlı Rafiq Əmirxan oğlu Xəlilov tutulub.

RPİ-dən bildiriblər ki, Xəlilovun vətəndaşlara qarşı törətdiyi hadisələr zamanı onlara vurulan ziyanın dəyəri və onun digər bu kimi cinayət hadisələrində iştrak edib-etməməsi araşdırılır.

Qeyd olunan faktlarla bağlı adıçəkilən rayon polis idarələri və şöbələrində Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci), soyğunçuluq (180 -ci) və dələduzluq (178 -ci) maddələrlə cinayət işləri başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirlən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs (oğurluq) şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, (soyğunçuluq) iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, (dələduzluq) şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti