...

Bakıda marşrut avtobusu aşıb, xəsarət alanlar var (YENİLƏNİB)

Hadisə Materials 4 Oktyabr 2008 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın paytaxtında 88 nömrəli sərnişin avtobusu aşıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində, Azadlıq prospekti ilə Həsən Əliyev prospektinin kəsişməsinin yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar olub.

Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, qəzada xəsarət alanlardan 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 4 nəfər ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, bir nəfər isə stasionar müalicəyə cəlb olunub.

Nərimanov rayon Prokurorluğundan şənbə günü Trend -a verilən məlumata görə, hadisə їHunday Tucsonї markalı avtomobillə 88 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Hadisə zamanı 10 nəfər yüngül bədən xəsarəti alib, onlara tibbi yardım göstərilib. Qəza zamanı ölən olmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdaıəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti