...

Bakıda avtomobil yanıb

Hadisə Materials 29 Noyabr 2008 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonunda avtomobil yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a məlumat verilib.

Məlumata görə, noyabrın 28-də saat 22.30 radələrində Yasamal rayonundakı Zərdabi küçəsində Bakı şəhər sakini Elturan Allahverdiyevə məxsus "RAF" markalı avtomaşında yanğın baş verib.  Nəticədə avtomaşının konstruksiyaları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Trend -un arayışı: Həmin gün təxminin saat 14:00 radələrində Bakının Atatürk prospekti ilə 9-cu mikrorayon istiqamətində hərəkət edən Nail Məhərrəmovun idarə etdiyi 27 saylı "Otoyol" markalı 10 LT 697 nömrə nişanlı sərnişin avtobusunda yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürən birqadasının iki maşını gəlib.

Noyabrın 27-də Bakının Hüseyn Cavid prospektində, Dövlət Gömrük Komitəsinin qarşısında 10 -TB - 655 dövlət nömrə nişanlı 5 saylı reys avtobusu yanıb. Avtobus sürücüsü Mərdar Əliyevin sözlərinə görə, nəqliyyat vasitəsi bir müddət əvvəl texniki baxışdan keçib. "Otoyol" markalı avtobus köhnə nümunəli olub. Hadisə yerinə FHN-in iki yanğınsöndürən maşını, polis və təcili yardım gəlib. Yanğın söndürülüb. Zərər çəkən yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti