...

Bakıda Portuqaliya vətəndaşı intihara cəhd edib

Hadisə Materials 16 Yanvar 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda Portuqaliya vətəndaşı intihara cəhd edib. 24 yaşlı əcnəbi kəsici alətlə boynunu kəsib. Bu barədə cümə günü Trend -a Nəsimi rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, yanvarın 14-də saat 19:00 radələrində Nəsimi rayonunun Nizami küçəsi, ev 118, mənzil 11 ünvanda yaşayan Portuqaliya vətəndaşı Pedro Riveliya yaşadığı ünvanda kəsici alətlə boğaz nahiyyəsinə xəsarət yetirib. Hadisədən sonra o, Bakıdakı özəl klinikaların birində reanimasiya şöbəsinə yerləşdirilib. Əcnəbi vətəndaşın intihar etməsinə səbəb haqda isə heç bir məlumat veriməyib. Riveliyanın Bakıda fərdi əməklə məşğul olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti