...

Azərbaycanın cənub-qərbində güclü yağışlar daşqınlara səbəb olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Sentyabr 2009 10:43 (UTC +04:00)
Azərbaycanın cənub-qərbində güclü yağışlar daşqınlara səbəb olub.
Azərbaycanın cənub-qərbində güclü yağışlar daşqınlara səbəb olub (ƏLAVƏ OLUNUB)

RED: Tikinti materailları bazarının su altında qalması barədə üçüncü abzasda əlavə olunub.

Azərbaycan, Bərdə, 28 sentyabr / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycanın cənub-qərbində güclü yağışlar daşqınlara səbəb olub.

Trend -un region müxbirinin məlumatına əsasən, Bərdə rayonunda dünən axşam başlayan güclü yağışlar rayona ciddi ziyan vurub. Tərtər çayında suyun səviyyəsinin qalxması daşqınlara səbəb olub. Çay yaxınlığında yerləşən məcburi köçkünlərin yaşadıqları bəzi evlər dağılıb. Eyni zamanda, dəmiryolu və avtomobil körpüləri qəzalı vəziyyətə düşüb.

Sel Tərtər çayının sahilində yerləşən tikinti materialları bazarını da su altında qoyub. 300-dən çox ticarət obyerkti su altında qalıb. Əsas ziyan sement və ağac materiallarına dəyib. Sahibkarlar yük maşınları ilə öz mallarını xilas etməyə məcbur olublar.

Bərdə rayonu İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə əraziyə xeyli sayda texnika cəlb edib. 

"Son 30 il ərzində Tərtər çayının səviyyəsinin bu dərəcədə qalxması müşahidə olunmayıb", - Bərdə rayonu İH-nin Tikinti və arxitektura şöbəsinin müdir müavini Yaşar Zamanov bildirib. Ermənilərin işğal olunmuş ərazilərdə Sərsəng su anbarının qapılarını açması nəticəsində vəziyyət daha təhlükəli olub.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti