...

Səmarrada baş verən atışma zamanı xəsarət alan azərbaycanlı zəvvarların vəziyyəti normaldır - səfirlik

Hadisə Materials 1 Fevral 2010 14:57 (UTC +04:00)
Səmarrada baş verən atışma zamanı xəsarət alan azərbaycanlı zəvvarların vəziyyəti normaldır və onlar müalicədən sonra Kazımiyyə mehmanxanasına gətiriliblər. Trend News-a Azərbaycanın İordaniyadakı səfirliyindən İraqın Xarici İşlər Nazirliyinə istinadən məlumat verilib.
Səmarrada baş verən atışma zamanı xəsarət alan azərbaycanlı zəvvarların vəziyyəti normaldır - səfirlik

Yanvarın 28-də azərbaycanlı zəvvarların olduğu avtobus Səmarra şəhəri yaxınlığında atəşə tutulub.

Atəş nəticəsində 1986-cı il təvəllüdlü Müşviq Abdullayev və 1975-ci il təvəllüdlü Nüşabə Nəzərova yaralanıb.

Hadisə zamanı 16 yaşlı Leyla Əhmədova həlak olub. O, Səmərra şəhərində dəfn edilib.

Hadisədən sonra yaralılara Kazımiyyə xəstəxanasında tibbi yardım göstərilib, sonra onlar şəhər xəstəxanalarından birinə yerləşdiriliblər. Bu barədə səfirliyin məlumatında deyilir.

Azərbaycanın İraqda da akkreditə edilmiş səfirliyindən verilən məlumata görə, digər azərbaycan vətəndaşlarının vəziyyəti normaldır və onlar Kazımiyyədədirlər.

Azərbaycanlı zəvvarlara İraqın "Mütəvəkkil" şirkəti tərəfindən İraqın Azərbaycandakı səfirliyinin möhürü saxtalaşdırılaraq viza verilib. Bu barədə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl bir müddət əvvəl Trend -a deyib.

Ərşad İsmayıl onu da bildirib ki, İraq vizalarının seriya nömrəsi 4 rəqəmi ilə başladığı halda, zəvvarlara 83 rəqəmi ilə başlayan vizalar verilib.

"Səmərra şəhəri Nəcəf və Kərbəla kimi müqəddəs şəhərlərdən fərqli olaraq, "qaynar nöqtə"lərdən hesab olunur"

Xəbər lenti

Xəbər lenti