RED: əlavəsi: Sonuncu abzasa əlavə olunub
Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir H.Bağırov/
Bakıda kafedə bu gün saat 17:00 radələrində güclü partlayış baş verib.
Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Səbayıl rayonu ərazisindəki, Əlizadə küçəsi 7 ünvanında yerləşən "Elif" restoranında saat 17.00 radələrində partlayış olub. Partlayış zamanı yanğın baş verib.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib. Restoranın yuxarıda yerləşən yaşayış binasından insanlar evakuasiya olunub.
Hadisə yerində olan polis əməkdaşlarının məlumatına görə, partlayış zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri xadimə, biri kababçıdır. Digərinin isə kimliyi məlum deyil. Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Hazırda yanğın söndürülür.
* Video TREND agentliyinin oxucularına İlkin Zamanov tərəfindən təqdim edilib.