...

Bakıda Daxili Qoşunlara məxsus avtomobilin qəzaya uğraması nəticəsində bir hərbçi ölüb, 8-i yaralanıb

Hadisə Materials 26 Fevral 2010 18:23 (UTC +04:00)
Bakıda Daxili Qoşunlara məxsus avtomobilin qəzaya uğraması nəticəsində bir hərbçi ölüb, 8-i isə yaralanıb.
Bakıda Daxili Qoşunlara məxsus avtomobilin qəzaya uğraması nəticəsində bir hərbçi ölüb, 8-i yaralanıb

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda Daxili Qoşunlara məxsus avtomobilin qəzaya uğraması nəticəsində bir hərbçi ölüb, 8-i isə yaralanıb.

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova Trend -a bildirib ki, cümə günü baş verən qəza zamanı Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinə məxsus, içində 9 əsgər olan hərbi avtomobil sərnişin avtobusu ilə toqquşub. Avtomobildə hərbi hissənin şəxsi heyəti olub.

Zərərçəkənlər Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hospitalına yerləşdirilib. Hazırda əsgərlərin vəziyyəti barədə tam məlumat verilməsə də, onların vəziyyətinin ciddi olmadığı bilidirilir.

Məmmədova bildirib ki, ilkin ehtimala görə, qəzaya səbəb avtobusun yol-hərəkət qaydalarını pozması olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti