...

Azərbaycanda sərnişin avtobusu ağır yol qəzası törədib - beş nəfər dünyasını dəyişib, səkkizi yaralanıb

Hadisə Materials 6 May 2010 11:06 (UTC +04:00)
Azərbaycanda cümə axşamı səhər saat 5:30-da beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib, - bu barədə Trend-ə Baş Dövlət Yol Poilsi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev məlumat verib.
Azərbaycanda sərnişin avtobusu ağır yol qəzası törədib - beş nəfər dünyasını dəyişib, səkkizi yaralanıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cümə axşamı səhər saat 5:30-da beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib, - bu barədə Trend-ə Baş Dövlət Yol Poilsi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev məlumat verib.

"Bakı - Qazax magistralının 140-cı kilometrində, Hacıqabul rayonu ərazisində Gəncə - Bakı istiqamətində hərəkət edən "Mersedes" markalı sərnişin avtobusu yolun kənarında təmir işləri aparan "KamAZ" markalı yük maşınına toqquşub. Yol qəzası nəticəsində beş nəfər ölüb, səkkiz nəfər yaralanıb", - Əliyev deyib.

Əliyev bildirib ki, ilkin ehtimala görə, qəzaya səbəb sərnişin avtobusunun sürücüsünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti