...

Azərbaycanın Yardımlı rayonunda iki nəfər qətlə yetirilib

Hadisə Materials 4 Sentyabr 2010 13:22 (UTC +04:00)
Azərbaycanın Yardımlı rayonunda iki nəfər qətlə yetirilib.
Azərbaycanın Yardımlı rayonunda iki nəfər qətlə yetirilib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanın Yardımlı rayonunda iki nəfər qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı məlumata görə, sentyabrın 4-də saat 01:05 radələrində Yardımlı rayonunun Zevin kəndində, kənd sakinləri Şəmsəddin Eyniyev və qardaşı Niyaməddin Eyniyev münaqişə zəminində həmkəndliləri - Rasim Talıbov və onun qardaşı oğlu Rahil Əliyevi bıçaqla qətlə yetiriblər.

Hazırda Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi başlayıb.

Yardımlı paytaxt Bakıdan 250 kilometr aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti