...

Bakıda Azərbaycan Pedaqoji Universitetinin müəllimi qətlə yetirilib

Hadisə Materials 11 Yanvar 2011 17:51 (UTC +04:00)
Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün 13:30-da Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 36-da yaşayan 62 yaşlı Mahrux Əliyeva yaşadığı mənzildə naməlum şəxslər tərəfindən öldürülüb.
Bakıda Azərbaycan Pedaqoji Universitetinin müəllimi qətlə yetirilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda Azərbaycan Pedaqoji Universitetinin müəllimi qətlə yetirilib.

Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün 13:30-da Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 36-da yaşayan 62 yaşlı Mahrux Əliyeva yaşadığı mənzildə naməlum şəxslər tərəfindən öldürülüb.

Məlumata görə, naməlum şəxslər Əliyevanın başına küt alətlə vuraraq öldürüblər.

Qətli törədən şəxslərin kimliyi araşdırılır və istintaq-əməliyyat tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti