...

Gəncə sakininə xəsarət yetirən şəxs saxlanılıb

Hadisə Materials 30 Mart 2011 15:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da saat 16:00 radələrində Gəncə şəhər sakini Elşad Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Gəncə sakininə xəsarət yetirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Gəncə sakininə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da saat 16:00 radələrində Gəncə şəhər sakini Elşad Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nizami (Gəncə) rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində hadisənin mart ayının 28-də Təbriz küçəsində naməlum şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elnur Qasımov tutulub.

Xəbər lenti

Xəbər lenti